• çərşənbə axşamı, 23 aprel, 11:36
  • Baku Bakı 20°C

Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır

01.12.20 16:12 416
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.
Trend bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.
Reyslər 2021-ci il martın 28-dən başlayacaq.
Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.
banner

Oxşar Xəbərlər