• şənbə, 27 Aprel, 07:45
  • Baku Bakı 12°C

Türkmənistan TANAP-a qoşulmaq üçün Anlaşma Memorandumu imzalayıb

01.05.15 14:20 1008
Türkmənistan TANAP-a qoşulmaq üçün Anlaşma Memorandumu imzalayıb
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında dördtərəfli görüş keçirilib.
"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşün əsas məqsədi Türkmənistan təbii qazının Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı müzakirələrin aparılmasıdır.
Görüşdən sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb.
"Bu Anlaşma Memorandumunun Türkiyənin enerji siyasəti baxımından böyük faydası olacaq", - deyə nazir bildirib.
Qeyd edək ki, dördtərəfli müzakirələrdə T. Yıldız, Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Baymurat Hocamuhəmmədov, Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak edirdilər.
banner

Oxşar Xəbərlər