AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyənin Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini dünyaya yayacaq

Türkiyənin Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini dünyaya yayacaq

Cəmiyyət
24 Noyabr 2020, 14:15 184
Türkiyənin Ombudsman təsisatı "Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi raport” hazırlayıb.
 
APA-nın yerli bürosunun qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi hücumlara dair faktlar, raket və artilleriya zərbələri nəticəsində baş verən itkilər və dağıntıları əks etdirən həqiqətlər, bu proseslər zamanı törədilən hərbi cinayətlər raportda öz əksini tapıb.
 
Qeyd edək ki, raport bu həftədən başlayaraq Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, həmçinin Türkiyə və dünyadakı insan haqları ilə məşğul olan təşkilatlara göndəriləcək.

Xatırladaq ki, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti keçən ay Azərbaycana səfər edərkən Ermənistan hərbi qüvvələrinin törətdiyi cinayətlərlə bağlı həqiqətlərin canlı şahidi olublar.