• cümə, 19 Aprel, 16:29
  • Baku Bakı 25°C

Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı

27.02.20 12:36 694
Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.
Trend-in məlumatına görə, səfir qeyd edib ki, toplantı çox faydalı oldu: "Bilirsiniz ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi. Builki toplantı da çox faydalı oldu. Toplantı çərçivəsində 14 sənəd imzalandı və əlaqələrimizin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işlər müzakirə edildi.
Biz Türkiyə olaraq bu toplantını çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük”.
Xatırladaq ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycanda səfərdə olub.
banner

Oxşar Xəbərlər