• cümə, 26 Aprel, 07:25
  • Baku Bakı 12°C

"TANAP qaz kəməri iyul ayından əvvəl istifadəyə veriləcək"

15.02.18 15:20 583
"TANAP qaz kəməri iyul ayından əvvəl istifadəyə veriləcək"
"Trans-Anadolu (TANAP) qaz boru kəməri bu ilin iyul ayından əvvəl istifadəyə veriləcək".
"APA-Economics”in "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib.
Onun sözlərinə görə, ötən ay artıq Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ilk sınaq işlərinə başlanılıb və iyul ayından boru kəmərinin istifadəyə verilməsi mümkün olacaq.
Nazir bildirib ki,TANAPTürkiyənin enerji təchizatı təminatı və Milli enerji və mədən Strategiyası baxımından da önəmli layihədir: "Son iki ildə təchizat təminatı məsələsində önəmli addımlar atılıb”.
B.Albayrak qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına daşınması üçün də ən məqbul və ən rasional alternativdir:
B.Albayrak qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına daşınması üçün də ən məqbul və ən rasional alternativdir: "TürkiyəTANAPvə TAP ilə Xəzərdəki təbii ehtiyatların dünya bazarına çıxarılmasında nə qədər böyük önəm daşıyırsa, Şərqi Aralıq dənizindəki təbii ehtiyatların Avropa və dünya bazarlarına nəqli üçün də ən məqbul və ən rasional alternativ hesab edilib. Bütün beynəlxalq təşkilatlara tərəfdaşlara səslənirəm ki, gəlin bu fürsətləri yaxşı dəyərləndirək, bölgədəki ixtilafları, qeyri-müəyyənliyi daha da artıracaq addımlar yerinə, qazanmaq üsulunu tətbiq edək”.
banner

Oxşar Xəbərlər