• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib

20.10.19 10:18 757
Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Qardaşlıq mədəniyyəti” adlı ədəbi-musiqili gecə keçirilib.
AZƏRTACxəbər verir ki, tədbirdə çıxış edən şair Xəyal Rza Türkiyə və Azərbaycan arasındakı əlaqələrin daim yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu bildirib.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri şair Mehmet Nuri Parmaksız deyib: "Türkiyə və Azərbaycan sanki bir ürəyin iki parçasıdır. Dilimizin bir olması da bizi birləşdirir. Ümumiyyətlə, bütün türk dünyası mədəniyyətini qorumalıdır. O zaman biz vahid bir millətə çevrilər və daha da möhkəmlənərik. Gün gələcək qələbəni Şuşada qeyd edəcəyik. Mənim buna şübhəm yoxdur”.
Bədii hissədə "Nəsimi" qəzəli və digər şeirlər söylənilib. Bakı Türk Anadolu Liseyinin musiqi müəllimləri tərəfindən ifa olunan "Bir qəhrəmanlıq türküsü", "Zafer bismillah" mahnıları Türkiyə və Azərbaycan əsgərlərinə həsr edilib. Türkiyədən gələn Mert və İpek "Konuşsana birtanem" və "Yaktınmı beni" mahnıları ilə tamaşaçıların qəlbimi riqqətə gətiriblər.
Sonda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı "Azərbaycan-Türkiyə qardaşlıq mahnısı"nı və milli rəqslərimizi ifa ediblər.
Gecədən məmnun qalan tamaşaçılar sənətkarları alqışlarla yola salıblar.
banner

Oxşar Xəbərlər