“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb

Mədəniyyət
13 Oktyabr 2019, 18:21 172
Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb.
 
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə türkdilli dövlətlərin ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələri, türkdilli ölkələrin tarixi, ədəbiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti və türk dünyasının tanınmış şəxsiyyətləri haqqında Azərbaycan dilində və xarici dillərdə kitab, dövri mətbuat materialları nümayiş olunur.
 
Sərgi bir həftə davam edəcək.