• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb, xəstəxanadan evə buraxılır

18.09.20 17:21 568
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb, xəstəxanadan evə buraxılır
Bu gün Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.
Həbsdə olan zaman aclıq aksiyası keçirən Tofiq Yaqublunun vəziyyəti pisləşdiyindən onu Baku City Hospitala köçürmüşdülər. Bu gün ev dustağlığına buraxılan T.Yaqublu artıq xəstəxanadan da evə yola salınır.
Bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər.
Qeyd olunub ki, hazırda Tofiq Yaqublunun yaxınları gəlib və xəstə evə yola salınır.
----------
17:10
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.
Trend-in məlumatına görə, bu barədə onun həkimi Adil Qeybulla məlumat verib.
Onun sözlərinə görə, T.Yaqublunun xəstəxanadan evə buraxılması məsələsi ailə üzvləri ilə müzakirə edilir:
"Bir ziyalı kimi öz şəxsi müraciətimə müsbət cavab verdikləri üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.
banner

Oxşar Xəbərlər