Təxribatçıların yaydığı saxta xəbərlər
Ekspertlər
əhalini ehtiyatlı olmağa, mənbəyi məlum olmayan informasiyalara inanmağa
çağırırlar
İyulun 12-dən etibarən Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Şiddətli döyüşlər zamanı hər iki tərəfin ciddi itkiləri olub. Xalqımız şiddətli döyüşlərin getdiyi bir vaxtda ayağa qalxaraq öz dövlətinin və ordusunun yanında olduğunu bir daha bütün dünyaya sübut etdi. Təəssüf ki, hər zaman olduğu kimi xalq-ordu birliyi, Azərbaycan xalqının ali baş komandanın ətrafında yumruq kimi sıx birləşməsi bu dəfə də kimlərinsə maraqları ilə üst-üstə düşmədi. Elə bunun nəticəsi olaraq sapı özümüzdən olan baltalar bu birliyə müxtəlif alçaq hərəkətlərlə, provakasiyalarla xələl gətirməyə çalışır. Amma xalqınmızın gücü və iradəsi bu birliyin pozulmasına imkan vermədi. Cəhdləri baş tutmayanlar bu dəfə döyüşlər və şəhidlər haqqında ənənəvi və sosial mediada müxtəlif səpkidə paylaşımlar edilir. Həmişə olduğu kimi, bu dəfə də erməni təxribat maşını bütün gücü ilə işləyir. Əlbəttə ki, bu da onların informasiya müharibəsinə nə qədər hazırlıqlı olmasından xəbər verir. Erməni vətəndaşının votsap vasitəsilə yayılan video görünütüləri bunu bir daha sübut etdi. Dilimizi yaxşıca öyrənən həmin şəxs saxta göz yaşları tökərək özünü qurban kimi qələmə verir, eyni zamanda insanları təşviş və panikaya salır. Bundan başqa, yayılan müxtəlif votsap səsyazmalarında saxta məlumatlarla vətəndaşlarımızı təxribata inanmağa sövq edirlər. Guya Tovuzda n syalı hərbi hissənin vurulması və bombalanması haqda votsap səsyazma paylaşımları o qədər real və inandırıcıdır ki, insanlarımız bu tələyə tez düşür. Amma bilməliyik ki, belə yalanlar tarix boyu olub və bundan sonra da olacaq. Əhali arasında dezinformasiya yayan, cəmiyyəti çaşdırmağa çalışan, döyüşlərin getdiyi bir vaxtda təxribatla məşğul olan şəxslərin ifşa olunması, məsuliyyətə cəlb edilməsi olduqca mühüm məsələdir. Həmin insanlar vaxtilə azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa çağıran, müxtəlif təxribatlar törədən şərəfi, milləti, dini bilinməyən yaramazlar kəskin tənqid olunmalıdır.
Şəbnəm Mehdizadə

Millət vəkili Sahib Alıyevdeyir ki, bu insanlarla mübarizənin ən effektiv yolu həmin adamların kimliyini
ifşa edib, etdiklərinin düşmənə xidmət olduğunu icttimaiyətə açıqlamaqdır: "Belələrini
görməzdən gəlmək düzgün deyil. Əgər onlar bu xalqın, dövlətin, ordumuzun
əleyhinə olan ağ yalanları yaymaqdan
çəkinib utanmırlarsa, belə insanların ifşa etməkdən biz niyə utanmalıyıq? Ötən
əsrin 90-cı illərində bu insanların təxribatçı hərəkətləri nəticəsində biz o
qədər topraq itirdik. Bu, hibrid savaşdır. Yəni bu, sadəcə ordular arasında
gedən bir savaş deyil. Təkcə forma etibarilə deyil, mahiyyət etibarilə də bu,
xalqımızn savaşıdır. Hazırda ordumuz ön planda olsa da, ən qızğın döyüşlər
informasiya cəbhəsində gedir. Ona görə də cəmiyyətimiz yetkin, prinispial
olmalıdır. Kimin kim olduğunu öz adı ilə çağırmağı bacarmalıyıq. Bu məsələdə
"mən bunu taıyıram, o mənim qonşumdur, yaxşı adamdır” kimi yanaşmalara yol
vermək olmaz. Necə ki, şeytanın adını çəkib lənətləyəndə yoxa çıxdığı kimi,
bunları da öz adları ilə çağırıb ifşa etməklə yoxa çıxarmalıyıq”.
Millət
vəkili bildirdi ki, Meydan Tv kimi düşmən dəyirmanına su tökən online media
resursları çoxdur: "Milli Şuranın baş ideoloqlarından birinin etiraf etdiyi
kimi əsas hədəfi hakimiyəti şərləmək olan, ermənilərdən və onların
havadarlarından maliyyə yardımı alan media resursları çoxdur. Onların belə
hərəkətləri birinci dəfə deyil. Onalr təkcə hakimiyyəti deyil, Azərbaycan
dövlətini, xalqını şərləyir. Onlar alçaqcasına azərbaycanlıların qələbə əzmini
sındırmağa çalışırlar. Onlar bizim torpqalarımızın işğal olunmaslnl bizə həzm
etdirmək istəyən qüvvələrin əlində alətə çevrilib. Biz bunları açıq-aşkar
şəkildə cəmiyyətdə ifşa etməliyik. Təəssüf ki, bu media qurumlarının
paylaşımlarını bəyənənlər içərisində tanıdıqlarımız, etibar etdiklrəimiz var
Onlara öz açıq iradımızı bildirməliyik. Biz bunu etməyi bacarmalıyıq. Vətənə
ximdət məhz budur. Vətənə ximdət qətiyyətli mövqe ortaya qoymaqdan keçir”.
"Teleqraf” Holdinqin rəhbəri Aynur Camal bildirdi
ki, "Meydan Tv”, "Hamam Times”, "Sancaq Production” indi Ermmənistanın xüsusi
xidmət orqanları üçün "mənbə” rolunu oynamaqdadır: "Təbii ki, bu bizim
tərəfimizdən təəəssüf doğurur. Çünki şiddətli döyüşlərin getdiyi bir şəraitdə
iqtidar-müxalifət məsələsi arxa plana keçməlidir. Hətta deyərdim ki, bu məsələ
belə bir məqamda ümumiyyətlə gündəmdən çıxarılmalıdır. Amma təəssüflər olsun
ki, "5-ci kolon”un Azərbaycanın əleyhinə olan, düşməncə və alçaqca fəaliyyətini
görürürk. Müxalifətin qəbulolumaz hərəkətlərinin şahidi oluruq. Bu insanlar
həmişə olduğu kimi dövlət və hakimiyyət anlayışlarını bu dəfə də dəyişik salır.
Hakimiyyətə olan münasibəti dövlətə yönəldirlər. Hansı ki, bütün sivil
dövlətlərdə ölkənin ərazi bütövlüyü, suverenliyi ilə bağlı problem ortaya
çıxanda bütün siyasi qüvvələr qeyd-şərtsiz birləşir. Təəssüf hissi ilə demək
istəyirəm ki, bu, bizdə yoxdur. Bunun nəticəsində adıçəkilən media orqanlarının
yaratdığı xoşagəlməz situasiya ilə üz-üzə qalmışıq. Dünən axşam paytaxtda
Tovuzda baş verən təxribatla bağlı dinc aksiya keçirən insanlarımızın yürüşü
ilə bağlı Ermənistan tərəfinə "mövzu” vermiş oldular. Meydan Tv-nin çəkdiyi
görüntüləri Ermənistan öz ictimaiyyətinə Azərbaycan xalqı müharibə istəmir və
bizdən qorxur, buna görə də küçələrə axışıb” kimi təqdim etdi. Bu təbii ki, çox
yanlış bir addım idi. Azərbaycanın müvafiq hüquq-mühfizə orqanları mütləq bu
məsələ ilə bağlı ölçü götürəcək”.
A.Camal
söylədi ki, təxribatçılar, provakativ hərəkətlər edən, saxta məlumatlarla
insanları təşvişə salan şəxslər araşdırılaraq qanun qarşısında cavab
verməlidir: "Hələlik isə düşünürəm ki, belə halların qarşısının alınması üçün
Tovuzda, Qarabağda atəşkəs tam bərpa edilənədək sosial şəbəkələrə müəyyən
mənada məhdudiyyət qoyulmalıdır. Türkiyədə və digər qonşu ölkələrdə dövlət üçün
təhdid yaradacaq hallar aşkar edildikdə sosial şəbəkələrə girişə məhdudiyyət
qoyulmasının şahidi olmuşuq. Düşünürəm ki, adı çəkilən media qurumları
bloklanmalı, sosial şəbəkələrə məhdudiyətlər tətbiq olunmalıdır. Azərbaycan
dövlətinin bu tədbirləri həyata keçirməsi çox önəmlidir. Bu, bizim ərazi
bütövlüyümüzün bərpa edilməsi istiqamətində atılan addımlardan biri olmalıdır”.Şəbnəm Mehdizadə