• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq

06.12.18 10:30 370
Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq
ABŞ-ınsanksiyaları altında olan İranOPEC+formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçünVyanayagedən İslam Respublikasının neft naziriBijan Namdar Zanqanedeyib.
"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq", - deyə o bildirib.
Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşıtəzyiq üçünsəbəb ola bilər.
"Əgər onlar [ABŞ] OPEC vasitəsi ilə İrana təzyiq göstərmək istəyirlərsə, bu, qeyri-peşəkar davranışdır və deməliyəm ki, OPEC ABŞ-ın Energetika Nazirliyinin bir hissəsi deyil ki, Birləşmiş Ştatlardan da nə etməli olduğu barədə təlimat alsın", - deyə o bildirib.
Monitorinq Komitəsinin Vyanada keçirilən iclasında alyans üzvlərinə 2019-cu ilin birinci yarısında hasilatı azaltmaq tövsiyə olunub. Burada söhbəthasilatın sutkada təqribən 1 milyon barel azaldılmasındangedir. Cümə axşamı OPEC, cümə günü isə qeyri-OPEC ölkələri bu təklifi nəzərdən keçirəcək.
banner

Oxşar Xəbərlər