• cümə, 26 Aprel, 05:25
  • Baku Bakı 16°C

Təhlükəsizlik siyasətinə görə DGK büdcənin 13 faizini formalaşdırır

14.05.18 14:45 806
Təhlükəsizlik siyasətinə görə DGK büdcənin 13 faizini formalaşdırır
Dövlət Gömrük Komitəsi(DGK) dövlət büdcəsinin 13%-ni formalaşdırır.

"APA-Economics" xəbər verir ki, bunuDövlət Gömrük KomitəsiFəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

İ.Babayevin sözlərinə görə, Gürcüstanın Gömrük Xidməti fiskal siyasət həyata keçirdiyi halda, Azərbaycan Dövlət Gömrük Xidməti təhlükəsizlik siyasəti həyata keçirir.
"Bu səbəbdən Gürcüstan gömrüyündə insanların yoxlanışı daha sürətli həyata keçirilir. Onlar yerli və xarici vətəndaşlardan narkotik vasitə aşkarladıqda dövlət büdcəsinə gəlir gəldiyi üçün sevinir. Biz isə təhlükəsizlik siyasəti həyata keçirdiyimiz üçün narkotik vasitə gətirən şəxslərin qarşısını alırıq. Fiskal siyasət nəticəsində Gürcüstan gömrüyü dövlət büdcəsinin 60-70 faizini, təhlükəsizlik siyasətinə görə isə Azərbaycan gömrüyü büdcənin 13 faizini təşkil edir", - deyə idarə rəisi vurğulayıb.
banner

Oxşar Xəbərlər