“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa” - Fotolar
Azercell İnternetdə
uşaqların müdafiəsinə xüsusi önəm verən İnternet təhlükəsizlik sahəsində Kaspersky
Lab şirkəti ilə əməkdaşlığa başlayıb. Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən
yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan
yaradacaq.
"Uşaqlar gələcəyimizdir və
onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir.” Bu
fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata
keçirdiyi"Azercell-lə İnternet
təhlükəsizdir!” layihəsinintəqdimatında səslənib.
1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti
Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları
olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın
lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların
informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik
sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü
bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə
də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.
Tədbirdə 1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Gününün tarixi ilə
bağlı qısa məlumat da açıqlanıb. Daha sonra "Ümidli Gələcək” gənclər
təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni
Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin
Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov
"Azercell-lə İnternet təhlükəsizdir!”
layihəsi haqqında məlumat veriblər.
Layihə çərçivəsində İnternet
şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan
birincisi - "Universal Müdafiə” xidməti
adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini
təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm
uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial
şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl,
proqram vəveb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz
Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici
proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini
kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları
İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram
Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli
proqramların əməliyyatını məhdudlaşdırır.
İkinci məhsul olan "Android üçün müdafiə” xidməti əsasən Android
əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security
-Androidüzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir.
Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın
silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz
zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmişşəxsi
kontaktlar da məxfi saxlanılır.
Üçüncü məhsul "Valideyn nəzarəti” adlanır. O, populyar
olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı
vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə
girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf
etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon
vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür,
və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.
Tədbiri maraqlı edən
məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət
olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri
"Active Moms Club” analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə
övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına
Pantomima teatrının "Fəlakət və insan” tamaşası təqdim olunub və hər kəs
tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü
gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün
kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub.
Azercell Telekom
MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən
bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və
konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM
texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil
internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri,
mobil elektron xidməti "Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı
payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir.
2015-ci ilin sonuna Azercell abunəçilərinin
sayı 4,5 milyon nəfər təşkil etmişdir.
2011-ci ildə Azercell3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE
xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin
lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17
ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27
min əməkdaşı olan Telia Company şirkətlər
qrupunun bir hissəsidir.
Kaspersky Lab 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən beynəlxalq şirkətdir.
Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət
orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini
təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. Kaspersky
Lab-ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb
və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll
və xidmətlər təqdim edir. Kaspersky Lab şirkətinin texnologiyaları 400 milyon
istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları
qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.