• cümə axşamı, 18 aprel, 14:19
  • Baku Bakı 22°C

“Tariximizin qəhrəmanlıq imzası”

29.05.20 21:40 1521
“Tariximizin qəhrəmanlıq imzası”
Azərbaycan Respublikasını ən yüksək fərqlənmə dərəcəsi "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, Azərbaycanın cəsur oğul və qızları illərlə Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparıblar. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının növbəti aksiyası – "Tariximizin qəhrəmanlıq imzası” aksiyası da məhz milli qəhrəmanlarımıza həsr olunub.
AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanasının əməkdaşları sözügedən aksiya çərçivəsində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Mübariz İbrahimov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında video çarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim ediblər.
Bu video çarxların hər birində qəhrəmanlar haqqında ətraflı məlumat verilib, onların həyat və döyüş yolları, nümayiş etdirdikləri qəhrəmanlıq nümunələri izləyicilərin diqqətinə çatdırılıb. Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanları haqqında məlumatlandırmağa yönəldilmiş bu aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.
banner

Oxşar Xəbərlər