• şənbə, 27 Aprel, 00:38
  • Baku Bakı 14°C

TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb

14.04.21 12:00 658
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Yunanıstan Trans-Adriatik qaz kəməri (TAP) ilə tədarük başlayandan sonra mayeləşdirilmiş təbii qaz idxalını azaldıb.
Trend bu barədə "Global Platts Analytics" agentliyinə istinadən məlumat verir.
Hesabata əsasən, 2021-ci ilin birinci rübündə Yunanıstana mayeləşdirilmiş təbii qaz tədarükü ötən ilin eyni dövrü ilə müqaisədə iki dəfədən çox azalıb.
Qeyd olunur ki, Yunanıstan bu ilin birinci rübündə 0,36 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Ötən ilin eyni dövründə bu göstərici 0,97 milyard kubmetrə bərabər idi.
Bununla belə, mayeləşdirilmiş təbii qaz qiymətləri yüksək olmaqda davam edir ki, bu Azərbaycandan boru kəməri ilə qaz tədarükünü rəqabətqabiliyyətli edir.
banner

Oxşar Xəbərlər