• cümə, 26 Aprel, 11:42
  • Baku Bakı 12°C

Tanınmış bankda rəhbər dəyişikliyi

29.06.15 13:00 1992
Tanınmış bankda rəhbər dəyişikliyi
"PAŞA Bank" ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov təyin olunub.
Xatırladaq ki, bu təyinatdan əvvəl "PAŞA Bank"a Fərid Axundov rəhbərlik edib. F. Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək.
T. Kazımov yeni vəzifəsinin icrasına cari ilin iyulun 1-dən başlayacaq.
Qeyd edək ki, Taleh Kazımov ali təhsilini 2000 - 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində alıb. O, 2006-cı ildə MBA dərəcəsi alıb.
İdarə Heyətinin yeni sədri peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. T.Kazımov 02.2004-cü ildən 09.2006-cı ilədək "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı ildən 01.2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub.
T. Kazımov 2007-ci ilin iyul ayından "PASHA Bank"da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb. 2009-ci ildən isə bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. Taleh Kazımov 2011-ci ildən "PASHA Bank"ın İdarə Heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.
Fərid Axundov ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb. O, 1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib. F. Axundov 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
1996-2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.
30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib.
banner

Oxşar Xəbərlər