AZE | RUS | ENG |

TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib
Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri iştirakçı ölkələrin rifahına böyük fayda verib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrinin energetika nazirlərinin birinci dialoqu zamanı deyib.
Nazir qeyd edib ki, sərhəd qaz dəhlizləri hesabına Türkiyənin qonşu ölkələrlə münasibətləri daha da yaxşılaşıb.
F.Dönməz vurğulayıb: "Bizim regional təşəbbüslərimiz arasında mühüm olanlardan biri Bakı-Tbilisi-Ceyhandır ki, bu gün üçün bu layihə çərçivəsində 3,2 milyard barel neft nəql olunub və bu neft kəməri artıq 10 ildir ki, işləyir".
Türkiyəli nazir daha sonra deyib: "Həm Transanadolu qaz kəməri, həm də Bakı-Tbilisi-Ceyhan iştirakçı ölkələrin rifahına, eləcə də regionda tərəfdaşlıq, sülh və sabitliyə böyük töhfə verib".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873