• cümə, 26 Aprel, 22:51
  • Baku Bakı 22°C

TANAP-ın keçdiyi ərazidə tarixi abidələr tapılıb

17.09.16 11:22 1067
TANAP-ın keçdiyi ərazidə tarixi abidələr tapılıb
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin aparıldığı daha bir ərazidə tarixi qalıqlar aşkarlanıb."APA-Economics" "Habertürk" xəbər portalına istinadən xəbər verir ki, Muğla şəhərinin Milas rayonundakı Yeniköy və Kemerköy istilik stansiyalarını kömürlə təchiz edən sahədə aparılan qazıntı işləri zamanı Tunc Dövrünə aid xeyli sayda abidə tapılıb.
Qeyd edək ki, bundan öncəTANAP-ın keçdiyi Ankara şəhərinin Gölbaşı rayonunun Dikilitaş məhəlləsində tuneldə qazıntılar aparılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.
TANAPlayihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdəTANAPkəməri ilə nəql olunacaq 16 mlrd. kubmetrə Azərbaycan qazının
10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.
2015-ci ilin mart ayının 13-də Ankarada imzalanmış anlaşma sazişinə əsasən "Cənub Qaz Dəhlizi" QSC (58%), BOTAŞ (30%) və BP (12%) olaraq iştirak payları əldə ediblər.
banner

Oxşar Xəbərlər