• şənbə, 27 Aprel, 01:21
  • Baku Bakı 14°C

TANAP-da iştirak edəcək şirkətlərə böyük güzəşt

22.10.14 10:48 1114
TANAP-da iştirak edəcək şirkətlərə böyük güzəşt
Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
“APA-Economics” xəbər verir ki, edilən dəyişiklik rəsmi KİV-də dərc olunub.
Dəyişikliklərə görə, layihənin reallaşdırılması işləri ilə bağlı şirkətlərə ehtiyat kapitalına dair beynəlxalq normalara əsasən öhdəliklər tətbiq edilməyəcək. Şirkətlər amortizasiya üzrə beynəlxalq standartların tələb etdiyi kimi kapitalı ehtiyatda saxlamaq mütləq olmayacaq.
Beləliklə, 2015-ci ilin yanvarın 1-dən şirkətlərdən ƏDV tələb olunmayacaq.
banner

Oxşar Xəbərlər