• şənbə, 27 Aprel, 08:26
  • Baku Bakı 12°C

"TANAP Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarlarına daxil olmasına kömək edəcək"

01.01.18 12:35 851
"TANAP Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarlarına daxil olmasına kömək edəcək"
Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyənin regiondakı strateji əhəmiyyətini artıracaq və Azərbaycandan qaz ehtiyatlarının Avropa bazarlarına daxil olmasına xidmət edən enerji dəhlizi açacaq.
Bunu Trend-ə TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, TANAP Türkiyənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə reallaşdırılan və onun gələcəkdə enerjiyə artan tələbatının ödənilməsi baxımından ən vacib layihələrdəndir:
"Təkcə məşğulluq baxımından layihənin reallaşdırıldığı müddətdə 15 mindən çox adam üçün iş yerləri açılıb və açılmaqda davam edəcək. Onlar birbaşa və ya dolayı yolla tikinti ilə əlaqədar olanlar, əlavə xidmətlər göstərənlər, boru istehsalında və digər sahələrdə məşğul olanlardır. Çox sayda sazişləri türkiyəli podratçılar alıb".

banner

Oxşar Xəbərlər