• cümə axşamı, 28 mart, 13:25
  • Baku Bakı 16°C

Tamaşaçıların daşınması 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək

20.07.19 20:45 18908
Tamaşaçıların daşınması 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək
XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə bilet alan tamaşaçıların daşınması 21.07.2019-cu il tarixində iki ekspress marşrut xətti vasitəsi ilə həyata keçiriləcək.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspress xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.
a) X1 xətti üzrə avtobuslar (28 May m/st – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st – Bakı Kristal Zalı)
M.Ağayev qeyd edib ki, mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

banner

Oxşar Xəbərlər