• cümə, 26 Aprel, 13:37
  • Baku Bakı 23°C

Tağı Əhmədov məsuliyyəti təmir aparan şirkətin üzərinə qoydu

22.11.13 17:21 1334
Tağı Əhmədov məsuliyyəti təmir aparan şirkətin üzərinə qoydu
Metronun “28 May” stansiyasında aparılan yenidənqurma işləri insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Yeni Müsavat”a açıqlamasında bu problemin yaxın günlərdə həll olunacağını deyib.
O, bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək: ““28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək. Sürüşkənliyin qarşısı alınacaq. Artıq orada birinci yolda, “Neftçilər” istiqamətinə gedən sahədə arxa tərəfdən həmin məhlul tökülüb və bu, artıq öz effektini göstərir”.
banner

Oxşar Xəbərlər