Tahir Mirkişili: “Konvensiya Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst üstə düşür”
1996-ci ildən danışıqlara
başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövəzsi olan Xəzər
dənizinin hüquqi statusu haqda ümimi çərçivələri razılaşdırdılar. 12 avqustda dövlət başçıları tərəfindən imzalanan saziş
regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli
asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək.
SSRİ
dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini
GÖL prinsipi üzrə - yəni hər bir ölkəyə bərabər pay
verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə DƏNİZ prinsipi üzrə - orta xətt
prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması,
dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi.
Keçən
müddət ərzində Azərbaycan, Qazaxsan və Rusiya, həmçinin, Qazaxsan və
Türkmənistan öz aralarında dənizim şimal hissəsini orta xətt prinsipi ilə
bölünməsini razılaşdırdılar.
22
il ərzində 5 sammit keçirildi. Nəhayət ki, dünən keçirilən sonuncu sammitdə Xəzərin
dibinin DƏNİZ, suyunun GÖL kimi bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul
edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin
dibinin bölünməsini əhatə edir. Konvensiyasını bütövlükdə Xəzərə dənizinə aid
etmək mümkün deyil. Belə ki, konvensiyadakı "Dəniz” anlayışına Xəzər uyğun
gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi və forması onu Göl
adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqıda ayrıca sazişin olmasını labüd edirdi.
İmzalanan
Konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası belədir: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu
deyildir. Dəniz-gölün bölünməsini ümumi prinsipləri müəyyən olunub və indidən
sonra qonşu tərəflər arasında olan konfliklər ikitərəfli qaydada həll
edilməlidir, 5 tərəfli yox. Bütün bu
illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən
yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10 faizdən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl
prinsipi ilə bölündükdə isə İran 20 faiz
paya iddia edirdi.
ABŞ-ın "Energy İnformation Administration”nun (EİA) təqribi hesablamalarına görə Xəzərin neft və
qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft
ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar bundan
1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trln dollardır.
İndiyə
qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq
yataqlarda problemsiz fəaliyyətlərini həyata keçirilblər. Ancaq sərhəd
bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olmuş və hətta bəzi
hallarda silahlı münaqişə təhülkələri
yaranmışdır. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran,
Azərbaycan-Türkmənistan arasında olmuşdur. O zaman mübahisə edən tərəflər
arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də
mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu
ölkələr. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmamışdır, bunu üçün ayrıca
sazişlər tələb olunur. Azərbaycan-Rusiya-Qazaxstan və Qazaxstan-Türkmənistan
arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da
ümui qaydalara imza atdı. İran ciddi sankiyalar altındadır, indiki halda qonşu
ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün
ən önəmli məsələ olan təhlükəsizlik məsələsi konvesiyada öz əksini tapıb.
Xəzər
dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qəvvələrinin mövcud ola bilməsini özündə əks etdirən konvensiya,
eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə
olunmamasına da təminat verir.
İndiyə
qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı
Transxəzər boru kəmərinin reallaşmasında da mane olurdu. Konvensiyaya görə bu
layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji
standartlar nəzərələ alınmaqla belə layihələr qonşu ölkələr arasında reallşa
bilər. Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığım alınması qaydaları
bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razlıq
layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək.
Qeyd
etmək istərdim ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa
bazarlarına ildə 100 mlrd m3 qazın ixracına imkan verə bilər. Ümumilikdə, Xəzər
dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə
də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycan illər boyunca irəli
sürdüyü mövqe ilə üst üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı
olan Xəzər dənizində transiz nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə
iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.
Tahir
MİRKİŞİLİ
Milli
Məclisin deputatı