AZE | RUS | ENG |

Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir

Süni intellekt yarımçıq əsərləri tamamlamağa qadirdir
Müasir texnologiyalar artıq rəssamların əsərlərinin üslubunu təhlil etdikdən sonra onları bərpa etməyə və yarımçıq əsərləri tamamlamağa qadirdir.
AZƏRTAC xəbər verir ki, yeni texnologiyalar sayəsində Pikassonun "Qoca kor gitaraçı” (Vieux Guitariste aveugle) əsəri əsasında onun "İtmiş qadın” (La Femme perdue) əsəri tamamlanıb. Belə ki, Pikassonun mavi dövr üslubu tətbiq edilməklə orijinal əsər bərpa olunub. Süni intellekt Pikassonun rəsm çəkmək üslubunu təhlil edərək onu yarımçıq əsərin tamamlanmasında tətbiq edib.
Eyni zamanda, süni intellektlə Van Qoqun zamanla çox köhnəlmiş əsəri bərpa olunub və Şubertin tamamlanmamış 8 və 10-cu simfoniyaları da başa çatdırılıb.
Artıq müasir texnologiyalar rəssamların fırçalarının minlərlə hərəkət tərzini təhlil etməyə və onların surətini rəssamın üslubuna transfer etməyə qadirdir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287