• cümə axşamı, 18 aprel, 09:53
  • Baku Bakı 12°C

Sumqayıt teatrı mövsümi mükafat təsis edib

05.07.19 09:15 800
Sumqayıt teatrı mövsümi mükafat təsis edib
Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatrın kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail olub. Mövsüm ərzində kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürüb. Belə ki, teatr yaradıcı və texniki heyət arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşəyə motivasiyanın artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların ictimaiyyətə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə "Busmedia” reklam şirkəti ilə birgə "Rampa” milli teatr mükafatı təsis edib.
Teatrın direktoru, Əməkdar artist Mübariz HəmidovAZƏRTAC–ın müxbiri söhbətində müxtəlif nominasiyalar üzrə tərtib olunan "Rampa” milli teatr mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşündüyünü bildirib.
Nominasiyalar üzrə qaliblər münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcək. Ən yaxşı tamaşa, mövsümün ən yaxşı xarakterik obraz ifaçısı, ən məhsuldar aktyoru, ən məhsuldar aktrisası, ən yaxşı texniki işçisi, ən perspektivli aktyoru, ən işgüzar və intizamlı əməkdaşı, teatrın dostu nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.

banner

Oxşar Xəbərlər