AZE | RUS | ENG |

"Standard & Poor’s" Azərbaycan iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır

Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı orta hesabla 3,3 faiz təşkil edəcək.
 
Trend-in məlumatına görə, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.  Agentlik Azərbaycanın xarici və yerli valyutada qısamüddətli və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib.  Reytinq üzrə proqnoz mənfidən stabilə dəyişib.
 
Bundan başqa  "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağı ilə bağlı proqnozu da açıqlanıb.
 
Hesabatda qeyd olunur: "Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq".
 
Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini proqnozlaşdırır:

"Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq".


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000