• cümə, 26 Aprel, 21:56
  • Baku Bakı 22°C

“S&P”: Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək

16.02.18 12:10 881
“S&P”: Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək
"2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.
"APA-Economics” xəbər verir ki, bu barədə "Standard&Poors” beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə "Azərenerji”nin tarifləri 33% artıb. "Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.
Agentliyin mütəxəssisləri qeyd edir ki, "Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.
banner

Oxşar Xəbərlər