• cümə, 26 Aprel, 22:15
  • Baku Bakı 22°C

S&P Azərbaycanın qaz layihəsinin Albaniya üçün vacibliyi barədə

07.08.18 17:15 411
S&P Azərbaycanın qaz layihəsinin Albaniya üçün vacibliyi barədə
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi Albaniyanın iqtisadi inkişafının əsasında dayanan layihələr sırasına daxildir.
Trend-in məlumatına görə, bu barədə "Standard & Poor's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Albaniyanın ümumi daxili məhsulunun yaxın 3 il ərzində real artımı 4 faiz səviyyəsində gözlənilir. Bu amil ölkəyə investisiyaların artması və xidmətlər ixracının artımı ilə əlaqədardır:"Hazırda bir sıra investisiya layihəsi Albaniyanın iqtisadi inkişafını təmin edir. 2019-cu ildə başa çatacaq layihələr sırasına Albaniyanı İtaliya və Xəzər dənizi ilə birləşdirən TAP, eləcə də su elektrik stansiyasının tikintisi daxildir”.
banner

Oxşar Xəbərlər