• cümə axşamı, 25 aprel, 16:24
  • Baku Bakı 23°C

Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı İstanbulda nəşr olundu

06.07.15 12:04 3386
Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı İstanbulda nəşr olundu
İstanbulda azərbaycanlı şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb.

APA-nın məlumatına görə, “Araz” nəşriyyatının çap etdiyi kitaba Sona Vəliyevanın 2000-ci ildən bəri yazdığı şeirlərin bir hissəsi daxil edilib. Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitaba yazdığı “Ana ruhunun işığında” adlı ön sözdə Sona Vəliyevanın şeirlərindəki fikir-ideya-məzmun-ifadə məfhumlarının yaratdığı paradiqmanın əsas cəhətləri barədə oxuculara geniş təhlil təqdim edib.
Qeyd edək ki, “Arazbarı”dan sonra Sona Vəliyevanın Türkcə ikinci şeir kitabı çapa hazırlanır. Kitabın yaxın gələcəkdə işıq üzü görməsi gözlənilir.

banner

Oxşar Xəbərlər