• şənbə, 27 Aprel, 07:04
  • Baku Bakı 12°C

Son 15 ildə 4 min qadın sahibkara 66 mln. manatlıq kredit verilib

06.02.18 18:20 819
Son 15 ildə 4 min qadın sahibkara 66 mln. manatlıq kredit verilib
2002-2016-ci illər ərzində 3787 qadın sahibkara 65,9 mln. manat güzəştli kredit verilib.

"APA-Economics"in məlumatına görə, bunuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran HüseynovaYeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb.

"2017-ci ilin əvvəlində qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil edir. Bu gün aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 971 qadın təlim keçib, 48 qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb. 2017-ci ildə regionlarda 5 Qadın Resurs Mərkəzi yaradılıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhət asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar", - deyə H.Hüseynova vurğulayıb.
banner

Oxşar Xəbərlər