• cümə, 26 Aprel, 23:11
  • Baku Bakı 22°C

SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzaladılar

30.05.18 13:00 689
SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzaladılar
Mayın 30-da Bakıda 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalayıblar.
Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində SOCAR və Yaponiyanın ITOCHU, eləcə də INPEX şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir.

Yaponiya Milli Neft Korporasiyasının (JNOC) davamçısı olan JOGMEC-in rəhbər nümayəndələri bir neçə dəfə Azərbaycana səfər edib, SOCAR və ITOCHU şirkətləri tərəfindən Pirallahı yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olublar və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranıb.
Qeyd edək ki, Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası 2004-cü ilin fevralında JNOC və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin təkibində olan JOGMEC Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, INPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.

banner

Oxşar Xəbərlər