• cümə, 26 Aprel, 15:17
  • Baku Bakı 23°C

SOCAR ötən ay 28 mln. dollarlıq neft məhsulu ixrac edib

01.08.17 18:12 1420
SOCAR ötən ay 28 mln. dollarlıq neft məhsulu ixrac edib
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyul ayında 32 min 625 ton dizel yanacağı, 1 min 968 ton təyyarə yanacağı, 6 min 360 ton yüksək təzyiqli polietilen, 586 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 976 ton maye piroliz qətranı, 2 min 504 ton propilen və 1 min 58 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 509,92 dollar, təyyarə yanacağının 474,06 dollar, dizel yanacağının 435,01 dollar, 1 faizli kükürdlü mazutun 286,50 dollar, yüksək təzyiqli polietilenin 1163,75 dollar, butilen butadien fraksiyasının 515,66 dollar, maye piroliz qətranının 509,92 dollar, propilenin qiyməti 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 1335 avro təşkil edib.
Beləliklə, SOCAR-ın Marketinq Əməliyyatları İdarəsi iyulda 14,2 mln. dollarlıq dizel yanacağı, 932,95 min dollarlıq təyyarə yanacağı, 7,4 mln. dollarlıq yüksək təzyiqli polietilen, 1,5 mln. dollarlıq maye piroliz qətranı, 545,568 min dollarlıq butilen butadien fraksiyası, 782,31 min avroluq mütləqləşdirilmiş izopropil spirti və 1,978 mln. avroluq propilen ixrac edib. Beləliklə, ötən ay idarə tərəfindən ixrac olunan neft məhsullarının ümumi dəyəri 24,6 mln. dollar və 2,76 mln. avro (3,3 mln. dollar) təşkil edib.
Ümumilikdə, 2017-ci ilin yanvar-iyul ayları ərzində 348 min 180 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 54 min 171 ton yüksək təzyiqli polietilen, 6 min 405 ton mütləqləşdirilmiş izopropil spirti, 37 min 277 ton maye piroliz qətranı, 24 min 662 ton propilen və 16 min 378 ton butilen butadien fraksiyası ixrac edilib.
banner

Oxşar Xəbərlər