SKSP-də texniki infrastruktur yaradılır - Fotolar
Sumqayıt Kimya Sənaye
Parkının (SKSP) hazırda 9 rezidenti var. Sənaye Parkında rezidentlər üçün bir
sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki
infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri
infrastruktur şəbəkəsinə dərhal
qoşulmaq imkanı yaradılır.
Hazırda sənaye parkında
istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı
istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz
elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində
110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada
avadanlıqların quraşdırılması işləri aparılır. Yarımstansiyanın 2016-cı ilin
sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Sənaye Parkında digər
yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda
8 transfarmator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə
yaradılacaq ki, bu da dayanıqlı enrji təchizatını təmin edəcək.
Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye
Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri
yeraltı texniki qalereya vasitəsi ilə çəkilir.