• şənbə, 27 Aprel, 07:09
  • Baku Bakı 12°C

Səudiyyə Ərəbistanın energetika naziri: “İlin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər”

10.10.16 12:11 798
Səudiyyə Ərəbistanın energetika naziri: “İlin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər”
"Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər"."APA-Economics”in "İnterfax” a istinadən verdiyi məlumata görə, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib.

"Tam əminliklə demək mümkün deyil. Ancaq ilin sonuna qədər neftin bir bareli 60 dollar ola bilər”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, qiymətləri müəyyən etmək və formalaşdırmaq onların işi deyil: "Bizim üçün tələb və təklif arasında balansın olması əsasdır. Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.
banner

Oxşar Xəbərlər