Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

İqtisadiyyat
19 İyun 2019, 21:37 241
Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanla Serbiyanın energetika nazirləri Temenujka Petkova və Aleksandr Antiç təsdiq edib.
T.Petkova serbiyalı həmkarını Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin inkişafı barədə məlumatlandırıb.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun.

Qeyd edək ki, Bolqarıstan-Serbiya interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks isiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.