• şənbə, 27 Aprel, 03:18
  • Baku Bakı 14°C

Sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub

14.10.18 11:20 404
Sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub
Doqquz ayda sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, emal sektorunda ən çox artım tütün məmulatları və mebel istehsalında qeydə alınıb – müvafiq olaraq 2,5 və 2,1 dəfə.
Həmin dövrdə toxuculuq sənayesi məhsulları istehsalı 53,3 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 42,7 faiz, ağac emalı və ağac məmulatları istehsalı 20,6 faiz, içki istehsalı 11,4 faiz, kağız və karton istehsalı 5,8 faiz, geyim istehsalı 1,6 faiz artıb. Qida məhsullarının istehsalında isə 0,6 faiz azalma olub.
banner

Oxşar Xəbərlər