Səməd Seyidov: Bu ləkə Qarabağdan silinməlidir!

Səməd Seyidov: Bu ləkə Qarabağdan silinməlidir!

Cəmiyyət
14 Oktyabr 2019, 15:23 144
Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun forumu və Aşqabadda zirvə toplantısında etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyi baxımından qızıl hərflərlə yazılacaq bir çıxışdır.
Trend-in məlumatıma görə, bunu "Qarabağ Azərbaycandır!" mövzusunda konfransda çıxışında Milli Məclisin komitə sədri Səməd Seyidov deyib.
S.Seyidov vurğulayıb ki, bu gün dünyada çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühit mövcuddur: "Xalqları xaosa sürükləmək niyyətində olan qüvvələr çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub, sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtan, yalan, torpaqlarımızın işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni dövlət başçısı hər iki toplantıda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Prezidentin şəxsi keyfiyyətidir. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir. Digər məsələ isə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir. Dövlət başçısı çıxışında qeyd edir ki, Azərbaycanda olan humanitar məsələlər, insansevərlik dünyada gedən proseslərə uyğundursa, deməli Dağlıq Qarabağ siyasətimiz də düzdür, deməli Paşinyanın nöqtə qoymaq istədiyi əslində ləkədir və bu ləkə də Qarabağdan silinməlidir!"