• çərşənbə, 08 May, 21:52
  • Baku Bakı 18°C

Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək

24.03.20 23:33 591
Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək
Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri əlavə ediləcək.
APA-nın məlumatına görə, bu,Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarınınMilli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflərəhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsibarədə də öhdəlik götürüblər.
banner

Oxşar Xəbərlər