• şənbə, 27 Aprel, 03:40
  • Baku Bakı 14°C

Səfir: "Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq

23.01.18 11:20 548
Səfir: "Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan üçün, həm də Azərbaycan üçün ümumi prioritetdir.
Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub” dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: ""Şimal-Cənub” layihəsi Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır”.
Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: "Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq”.
banner

Oxşar Xəbərlər