• şənbə, 27 Aprel, 05:17
  • Baku Bakı 14°C

Səfir: "Bakı Şopinq Festivalı iqtisadiyyatın diversifikasiyası üçün mühümdür"

31.10.17 17:28 677
Səfir: "Bakı Şopinq Festivalı iqtisadiyyatın diversifikasiyası üçün mühümdür"
İsrailin Bakıdakı səfiri Dan Stav Azərbaycan hökumətinin turizmin inkişafına yönəlmiş siyasətini yüksək qiymətləndirir.

"Azərbaycan hökuməti ölkədə turizmin inkişafı üçün çox müsbət addımlar atır. Bütün bunlar iqtisadiyyatın diversifikasiyası çərçivəsində baş verir", - deyə www.bakushopfest.com saytına açıqlamasında diplomat vurğulayıb.
Səfir əlavə edib ki, Bakı Şopinq Festivalı da Azərbaycanda bu istiqamətdə atılan ən mühüm addımlardan biridir: "Festival Bakını turistlərə tanıtmaq üçün ən mühüm vasitələrdəndir. Bakı artıq "Formula-1", "İslam Həmrəylik Oyunları", "Bakı - 2015 Birinci Avropa Oyunları"ndan sonra kifayət qədər tanınır. Buna görə də, düşünürəm ki, festivalın burada - Bakıda keçirilməsi çox vacibdir".
D. Stav festivalın keçirildiyi Bakını Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan ticarət yolunun mərkəzində yerləşməsinə də diqqət yönəldir: "Bakı həm də turistləri cəlb edən tarixi şəhərdir. İdeya baxımından da festival çox müsbətdir, çünki bu, bir çox biznes növlərinə - yaşayış obyektlərinə, restoranlara, nəqliyyat xidmətlərinə öz töhfəsini verəcək. Festival müddətində daha çox iş yeri yaranacaq. Ümid edirəm ki, bu proses davamlı olacaq".

Diplomat II Bakı Şopinq Festivalı müddətində Bakıda olduğu üçün özünü şanslı hesab edir. O, bildirib ki, festival fürsətindən yararlanmağa çalışacaq: "Birinci festival müddətində mən və həyat yoldaşım Bakıda deyildik. Lakin bu dəfə ümid edirəm ki, biz festivalın təqdim etdiyi imkandan yararlanacağıq".
banner

Oxşar Xəbərlər