• cümə, 10 May, 05:12
  • Baku Bakı 15°C

"Seçkilər Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq"

30.03.18 15:50 614
"Seçkilər Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq"
Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, türk dünyasında da böyük nüfuza malik ölkədir. Bu fikri sechki-2018.az saytına açıqlamasındaTürk Dünyası Parlamentarilər Birliyinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Nail Çələbi deyib.
O bildirib ki, Azərbaycan son illər bütün sahələrdə inkişafa nail olub, xüsusilə enerji təhlükəsizliyi məsələsində dünyada rolu artıb.
Aprelin 11-də prezident seçkilərinin şəffaf və ədalətli şəkildə keçiriləcəyinə əminliyini qeyd edən deputat deyib: "Hər yeni seçki dövlətlərin tarixində yeni dövrün başlanğıcı kimi xarakterizə olunur. Bu mənada Azərbaycanda keçiriləcək seçkilərin də yeni islahatların başlanğıcı olacağını söyləyə bilərəm. Prezident seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq”.
banner

Oxşar Xəbərlər