• çərşənbə, 08 May, 06:37
  • Baku Bakı 13°C

Saxta məhsulları aşkar etmək mümkün olacaq - Mobil telefonla

03.04.18 17:30 842
Saxta məhsulları aşkar etmək mümkün olacaq - Mobil telefonla
"GS1 Azerbaijan” ştrix-kodları skan etməyə və məhsul barədə ətraflı məlumat almağa imkan verən eyniadlı mobil proqramı işə salıb.
Bunu özəl olaraq Trend-ə "Azexport” portalının rəhbəri Zaur Qardaşov deyib.
Z.Qardaşovun sözlərinə görə, "GS1 Azerbaijan”ın məlumat bazası beynəlxalq baza ilə əlaqəlidir:
"Bu funksiya "Azexport”da qeydə alınan məhsul barədə ətraflı məlumat əldə etməyə imkan verəcək. Axtarış prinsipləri ştrix-kodların skan olunması ilə əlaqəli olacaq. Hələlik ilkin mərhələdə ştrix-kodların GS1 bazasında olub-olmamasını yoxlamağa imkan verən variant tətbiq olunacaq. Hər hansı bir məlumatın olmaması məhsulun saxta olduğunu ifadə edəcək”.
Portalın rəhbəri əlavə edib ki, "GS1 Azerbaijan” distributivlərini "Android” əməliyyat sistemi ilə işləyən qurğularda əldə etmək mümkündür. Yaxın iki həftə ərzində proqram "Apple” əməliyyat sistemində işləyəcək.
banner

Oxşar Xəbərlər