• cümə, 26 Aprel, 19:23
  • Baku Bakı 22°C

Şahmar Mövsümov: Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır

12.07.16 13:49 1241
Şahmar Mövsümov: Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır
"Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
"Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə isə vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır. Heç zaman hansısa valyutanın ardınca qaçmaq lazım deyil. Bu cür əməliyyatlar yüksək riskli spekulyativ əməliyyatlar sayılır. Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik olan treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır", - deyə icraçı direktor qeyd edib.
banner

Oxşar Xəbərlər