Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib

Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib

Siyasət
22 Oktyabr 2019, 16:32 1362
Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin olunub.