AZE | RUS | ENG |

Sahibkarların obyektlərinə işıq çəkdirmək prosesi asanlaşdı

Sahibkarların obyektlərinə işıq çəkdirmək prosesi asanlaşdı
"Azərişıq” ASC mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarə olunması Sistemi vasitəsi ilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, "Azərishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür.
Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir.
Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289