• cümə axşamı, 28 mart, 13:35
  • Baku Bakı 16°C

Sahibkarlara əmlakın qeydiyyatına dair təqdimatlar keçirilib

11.10.19 15:15 516
Sahibkarlara əmlakın qeydiyyatına dair təqdimatlar keçirilib
Oktyabrın 11-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Daşınmaz əmlakın alqı-satqısı sahəsində tətbiq olunan yeniliklər” mövzusuna həsr edilən təqdimat keçirilib.
AZƏRTACxəbər verir ki, İİTKM-in analitiki Nərmin Kazımlı Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərmana əsasən, vətəndaşlar üçün əmlakın qeydiyyatı üzrə daha operativ və səmərəli imkanlar yaradıldığını deyib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov isə qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı "Əmlak kalkulyatoru” mövcuddur.
banner

Oxşar Xəbərlər