• şənbə, 27 Aprel, 05:20
  • Baku Bakı 14°C

Sahibkarlar Tehranda keçiriləcək sənaye sərgisinə dəvət olunur

06.01.18 09:20 656
Sahibkarlar Tehranda keçiriləcək sənaye sərgisinə dəvət olunur
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Tehranda keçiriləcək sərgidə iştiraka dəvət olunurlar.
AZƏRTACAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, yanvarın 30-da Tehranda yemək sənayesi və yuyucu vasitələr, sanitariya, kosmetika, sellüloz sənayesi və onunla əlaqəli olan sənaye sahələrinin ilk ixtisaslaşdırılmış beynəlxalq sərgisi açılacaq. Sərgi fevralın 2-dək davam edəcək.
Sərgidə iştirak etməkdə maraqlı olanlar əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərlər:
banner

Oxşar Xəbərlər