• cümə, 26 Aprel, 14:21
  • Baku Bakı 23°C

Sahibkarlar Beynəlxalq Süd Forumunda iştirak edəcəklər

28.10.17 09:40 689
Sahibkarlar Beynəlxalq Süd Forumunda iştirak edəcəklər
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Krasnoqorsk şəhərində keçiriləcək Beynəlxalq Süd Forumunda iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-9-da Rusiya Federasiyasının Krasnoqorsk şəhərində IV Beynəlxalq Aqrosənaye Süd Forumu təşkil olunacaq. Forumun əsas məqsədi Moskvada və Rusiyanın digər regionlarında süd sənayesinin inkişaf etdirilməsidir.
Forumda müasir mərhələdə süd sənayesinin əsas çağırışları və inkişaf yolları, süd məhsullarına tələbatın azalması, süd istehsalında kiçik biznesin və kooperasiyanın rolu və s. məsələlər müzakirə olunacaq.
Forum çərçivəsində yerli və xarici şirkətlərin süd sənayesinə dair sərgisi açılacaq. Sərgidə süd məhsulları və süd sənayesi üçün avadanlıqlar nümayiş olunacaq.
banner

Oxşar Xəbərlər