AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabah yağış yağacağı gözlənilir

Sabah yağış yağacağı gözlənilir

Cəmiyyət
25 Oktyabr 2013, 11:02 880
Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11 dərəcə, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran, Astara zonasında intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.