• cümə, 29 Mart, 04:28
  • Baku Bakı 7°C

Sabah Qırğızıstanın Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq

29.04.17 17:24 1034
Sabah Qırğızıstanın Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq
Sabah Qırğızıstanda milli matəm elan olunması ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq, dövlət bayrağı yarıya qədər endiriləcək.
BunuAPA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.
Matəm günü ilə əlaqədar sabah səfirlik fəaliyyət göstərəcək.
Qeyd edək ki, aprelin 29-da yerli vaxtda saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. Bu gün Qırğızıstan prezidentiAlmazbek Atambayev24 nəfərin ölməsi ilə əlaqədar 30 aprelin milli matəm elan edilməsi barədə sərəncam imzalayıb.
banner

Oxşar Xəbərlər