AZE | RUS | ENG |

Rusiyanın valyuta ehtiyatları 460 mlrd. dolları keçib

Rusiyanın valyuta ehtiyatları 460 mlrd. dolları keçib
Rusiyanın valyuta ehtiyatları bu il sentyabrın 1-nə 460,615 mlrd. ABŞ dolları təşkil edib.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2,583 mlrd. dollar və yaxud 0,56% çoxdur.

Qeyd edək ki, qonşu ölkənin valyuta ehtiyatları Rusiya Bankının (Mərkəzi Bank) və hökumətin sərəncamında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.

Bir qədər əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il ölkədən kapital axınının məbləği ilə bağlı proqnozunu 41 mlrd. dollara qədər artırıb. Bu rəqəm yanvar-iyul aylarında 21,5 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 2,5 dəfə çoxdur. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191